AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dövlət Xidmətində Rəqabət Məcəlləsinin tətbiqi barədə təbii inhisar subyektlərinin nümayəndələri üçün maarifləndirici seminar keçirilib

  • + A
  • - A
  • 13-12-2024, 21:04

    Dövlət Xidmətində Rəqabət Məcəlləsinin tətbiqi barədə təbii inhisar subyektlərinin nümayəndələri üçün maarifləndirici seminar keçirilib

    Maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasının Əmtəə bazarının səmərəliliyi və rəqabət işçi qrupunun Fəaliyyət Planının tələblərinə əsasən təşkil olunub.
    İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən neft, neft məhsulları, təbii qaz, elektrik və istilik enerjisi, su təchizatı, nəqliyyat, telekommunikasiya sahələrində təbii inhisar subyektlərinin nümayəndələrinin iştirakı ilə maarifləndirici seminar keçirilib.
    Seminarda Dövlət Xidmətinin Təbii inhisarlara nəzarət şöbəsinin müdiri Şəmsi Rzalı “Rəqabət Məcəlləsi: tənzimləmə metodları və müasir yanaşmalar” mövzusunda təqdimatla çıxış edib. Təbii inhisar sahəsində rəqabət siyasətinin prinsipləri, rəqabət orqanı tərəfindən təbii inhisar subyektlərinin fəaliyyətinə dövlət nəzarəti və bu sahədə tətbiq edilən tənzimləmə üsulları barədə ətraflı məlumat diqqətə çatdırılıb.
    Həmçinin təbii inhisar subyektlərinin fəaliyyətinə dair tələblər, habelə rəqabət qanunvericiliyinin pozulmasına görə məsuliyyət tədbirləri barədə geniş izah verilib.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR