ASCO-nun sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda inşa olunan Ro-Pax tipli sərnişin, avtomobil və dəmiryolu vaqonları daşıyan bərə-gəminin baş mühərriklərinin quraşdırılması prosesi başa çatıb.
Bundan başqa, gəminin gövdə hissəsi üzrə işlərin 80 faizi tamamlanıb. Gəmi üzrə boru, elektrik, havalandırma və digər sahələrlə bağlı işlər layihə planına uyğun davam edir.
Qeyd edək ki, bu, ASCO-nun sifarişi ilə BGZ-də tikilən sayca üçüncü Ro-Pax tipli gəmidir. Bundan öncə inşa edilərək təhvil verilən eynitipli “Azərbaycan” və “Zərifə Əliyeva” gəmiləri hazırda Orta Dəhliz üzrə yükdaşımaların həyata keçirilməsində uğurla istismar olunur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.