AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Çin nümayəndə heyəti ilə görüş keçirilib

  • + A
  • - A
  • Bu gün, 14:58

    Çin nümayəndə heyəti ilə görüş keçirilib

    Görüşdə işğaldan azad edilmiş ərazilərdə investisiya imkanları, yenidənqurma prosesində iştirak və müxtəlif sənaye sahələrində qarşılıqlı əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub.

    İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da Çin Beynəlxalq İqtisadi Əməkdaşlıq Assosiasiyasının (CAFIEC) vitse-prezidenti və Beynəlxalq İnvestisiya və Əməkdaşlıq Komitəsinin direktoru Vanq Veiveyin rəhbərlik etdiyi Çin nümayəndə heyəti ilə görüş keçirilib.

    Görüşdə AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Agentliyin fəaliyyət istiqamətləri, investorlar üçün yaradılan əlverişli biznes mühiti, eləcə də azad edilmiş ərazilərdə aparılan yenidənqurma prosesləri barədə məlumat verib. Çin şirkətlərinin ölkəmizdə fəaliyyətinin genişləndirilməsi istiqamətində AZPROMO-nun hərtərəfli dəstək göstərməyə hazır olduğu diqqətə çatdırılıb.

    CAFIEC-in vitse-prezidenti Vanq Veivey işğaldan azad edilmiş ərazilərdə tətbiq olunan güzəşt mexanizmlərinin investisiya mühitinin cəlbediciliyini artırdığını vurğulayıb. O, bu ərazilərdə yenidənqurma işlərində iştirak etməyə və Azərbaycanda regional logistika anbarlarının yaradılmasına maraqlı olduqlarını bildirib.

    Görüş çərçivəsində Azərbaycanda boru sənayesi, sanitariya avadanlıqları və keramika məhsullarının istehsalı, logistika sahələrinə investisiyaların cəlb edilməsi imkanları, həmçinin bu sahələrdə tərəfdaşlıq perspektivləri, investisiya layihələrinin reallaşdırılması və birgə fəaliyyətin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR