Özbəkistanda fırıldaqçılara qarşı mübarizə aparmaq üçün buraxılan kartların sayını 5 ilə məhdudlaşdırıblar
Özbəkistan Mərkəzi Bankı 2025-ci il yanvarın 1-dən dekabrın 31-dək fırıldaqçılıqla mübarizə məqsədilə emissiya edilmiş kartların sayını bir bankda hər bir fiziki şəxs üçün beş, bütün banklarda isə 20 kartla məhdudlaşdırıb. Bu barədə RİA Novosti mənbəyə istinadən xəbər verir.
“Mərkəzi Bank müvəqqəti sərəncam hazırlayıb ki, ona əsasən bir fiziki şəxs bir bankda maksimum beş karta, virtual və ko-baqinq kartları da daxil olmaqla, ümumilikdə bütün banklarda 20-dək karta malik ola bilər.
Nəşrin mənbəsinin sözlərinə görə, yeni tələb xarici valyutada açılan kartlara şamil edilməyəcək. O əlavə edib ki, 12 ay ərzində istifadə olunmayan fiziki şəxslərin kartları Mərkəzi Bank tərəfindən bloklanacaq.
Bundan əvvəl Özbəkistanda ən böyük hesab edilən Pay Way və Oson ödəniş xidmətlərinin sentyabrın 5-dən beynəlxalq pul köçürmələrinin həyata keçirilməsini dayandırdığı bildirilirdi. Xüsusilə, Pay Way nümayəndələri respublika Mərkəzi Bankının müvafiq əmri ilə xaricə köçürmələrin aparılması imkanının məhdudlaşdırıldığını açıqlayıblar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.