AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

2024-cü ildə İcbari Sığorta Bürosu tərəfindən 967 min manat kompensasiya ödənilib

  • + A
  • - A
  • Bu gün, 19:49

    2024-cü ildə İcbari Sığorta Bürosu tərəfindən  967 min manat kompensasiya ödənilib

    Bakı. 23.01.2025. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikası ərazisində baş vermiş sığorta hadisələri nəticəsində icbari sığorta qanunvericiliyində nəzərdə tutulmuş sığorta ödənişlərinin həyata keçirilməsi mümkün olmadıqda sağlamlığına zərər dəyən üçüncü şəxslərə kompensasiya ödənişinin verilməsi İcbari Sığorta Bürosu (İSB) tərəfindən həyata keçirilir.
    2024-cü ildə İSB tərəfindən 320 sığortasız və 19 naməlum nəqliyyat vasitələrinin iştirakı ilə baş vermiş 339 yol-nəqliyyat hadisəsi üzrə kompensasiya ödənilib. 252 şəxsin sağlamlığına vurulmuş müxtəlif dərəcəli xəsarətlərə görə 327 925 manat, 16 şəxsin əmək qabiliyyətini tam və ya qismən itirməsinə (əlillik) səbəb olmuş xəsarətlərə görə 41 000 manat və 135 şəxsin ölümü ilə nəticələnmiş hadisələr üzrə 597 634 manat olmaqla, ümumilikdə 403 şəxsə münasibətdə 966 559 manat kompensasiya ödənişləri həyata keçirilib.
    Kompensasiya ödənişi üçüncü şəxsin sağlamlığına naməlum və ya oğurlanmış avtonəqliyyat vasitəsilə zərər vurulduqda, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsi mövcud olmayan şəxs tərəfindən üçüncü şəxsin sağlamlığına zərər vurulduqda və sığorta qanunvericiliyində nəzərdə tutulmuş sığorta ödənişlərinin həyata keçirilməsi mümkün olmadıqda təmin edilir.

    Kompensasiya ödənişləri ilə bağlı daha ətraflı məlumatı İSB-nin internet səhifəsindən
    əldə edə bilərsiz.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR