AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Prezident İlham Əliyev: "Aframax tipli tankerlərin istismara verilməsi ilə xarici sularda fəaliyyətimiz yeni səviyyəyə keçib"

  • + A
  • - A
  • 28-01-2025, 18:58

    Prezident İlham Əliyev: "Aframax tipli tankerlərin istismara verilməsi ilə xarici sularda fəaliyyətimiz yeni səviyyəyə keçib"


    Yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib. Prezident İlham Əliyev çıxışında ölkəmizin gəmiçilik sahəsindəki imkanlarına da toxunub. Azadmedia.az ölkə rəhbərinin çıxışından sözügedən hissəni təqdim edir:

    "Gəmiqayırma zavodu da son illər ərzində inşa edilmişdi, təqribən 10 il, bəlkə 12 il bundan əvvəl. Əvvəllər biz gəmiləri xaricdən alırdıq və ondan sonra mən qərara gəldim ki, mütləq Bakıda gəmiqayırma zavodu inşa edilməlidir. Yenə də həyat göstərir ki, bu, nə qədər düzgün addım idi. Bu gün ənənəvi mənbələrdən, - haradan ki, biz alırdıq, - gəmi almaq mümkün deyil. Biz indi Gəmiqayırma zavodunun tam gücü ilə işləməsinə nail olduq. Hazırda orada altı müxtəlifölçülü gəmi inşa edilir. Paralel olaraq, Qara dənizdəki fəaliyyətimizi biz yeni səviyyəyə qaldırdıq. Əgər vaxtilə Azərbaycanın Xəzər Gəmiçiliyinə mənsub olan kiçikhəcmli gəmilər orada işləyirdi, hazırda dörd böyük tanker, – “Aframax” tipli tanker, - onun yükgötürmə qabiliyyəti 100 min tondur, - alınıb və bu da bizə həm xeyir gətirir, həm də ölkəmizin imkanlarını genişləndirir."


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR