AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan neftinin qiyməti 74 dolları ötüb

  • + A
  • - A
  • 13-03-2025, 09:52

    Azərbaycan neftinin qiyməti 74 dolları ötüb

    "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,1 ABŞ dollar artıb.

    Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,1 ABŞ dolları, yaxud 1,51 % artaraq 74,02 ABŞ dolları təşkil edib.

    Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

    Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR