QLOBAL ŞƏKƏR BAZARINDA AZALMANIN SƏBƏBLƏRİ-EKSPERT RƏYİ
Qlobal şəkər bazarında azalma müşahidə olunur. Dünya ekspertləri bununla bağlı narahatlıqlarını bildirirlər. Bəs şəkər bazarında azalmaya səbəb olan faktorlar nədir?
İqtisadçı-ekspert Emin Qəribli AzadMedia.az-a açıqlamasında bildirib ki, şəkər dünya iqtisadiyyatına o dərəcədə də mənfi təsir göstərməyəcək:
“Dünya iqtisadiyyatının ən böyük problemlərindən biri də inflyasiyadır. İnflyasiyanın da əsas elementi qida məhsulları ilə bağlıdır. Təbii ki, iqlim dəyişmələri nəticəsində müəyyən problemlər yarana bilər. Burda söhbət ancaq şəkərdən getmir. Çünki digər qida məhsulları da var. Amma buna baxmayaraq şəkər strateji məhsuldur. Bir çox məhsullar şəkərdən istehsal olunur. Dünyada gedən proseslər onu göstərir ki, istehsalçılar tədarük görməyə başlayır. Hesab edirəm ki, bu gün o dərəcədə də təhlükə gözlənilmir. Ümumilikdə isə qida məhsullarında dalğalanma var”.
Azərbaycana gəlincə, Braziliyada istehsalın bərpası və Hindistanın ixrac məhdudiyyətləri qlobal şəkər qiymətlərinə təsir edəcək:
“Bu səbəbdən Azərbaycanın şəkər idxalında əsas tərəfdaşları - Rusiya və Braziliya - qiymət dəyişikliyindən birbaşa təsirlənəcək”.