AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tariflər ABŞ-da yeni avtomobillərin satışının artmasına səbəb olub

  • + A
  • - A
  • 15-04-2025, 09:03

    Tariflər ABŞ-da yeni avtomobillərin satışının artmasına səbəb olub


    Aprelin əvvəlində ABŞ-da dilerlərə yeni avtomobillərin tədarükünün ümumi həcmi 2,69 milyon ədəd təşkil edib ki, bu da martın əvvəlindəki 2,99 milyon ədəddən 10,2%, bir il əvvəldən isə 2,4% azdır.

    Yeni avtomobillərin satışı fevralın sonu ilə müqayisədə 17,2%, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 11,9% artıb.

    Güman edilir ki, rüsumların tətbiqi xaricdən gətirilən yeni avtomobillərin qiymətini xeyli artıracaq. İstehlakçılar yay üçün daha yüksək qiymətlər və avtomobillərə daha kiçik endirimlər gözləməlidirlər. Zamanla həm istehsalda, həm də satışda azalma gözləməliyik ki, bu da həm yeni, həm də işlənmiş avtomobillərin qiymətlərinin artmasına səbəb olacaq.

    Investopedia xəbər verir ki, HarrisX və Allison Worldwide sorğularına əsasən, istehlakçıların əksəriyyəti gələn il ərzində avtomobil qiymətlərinin orta hesabla 14,4% artacağına inanır.

    İqtisadçıların fikrincə, tariflər avtomobilin qiymətinə 2500 dollardan 10 min dollara qədər əlavə olunacaq.

    2024-cü ildə idxal edilən minik və yük maşınlarının yarıdan çoxu Meksika və ya Kanadadan olub və bu ölkələrdə istehsal olunan bir çox nəqliyyat vasitələrinin tərkibində xaricdən gələn hissələr var.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR