İlin ilk 6 ayında ASCO gəmiləri ilə yükdaşımalarda 12% artım qeydə alınıb.
AZCON Holding şirkətlərindən olan ASCO-nun gəmiləri ilə həyata keçirilən yükdaşımalar 2025-ci ilin yanvar-iyun aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz artaraq 4,1 milyon tondan 4,6 milyon tona yüksəlib.
Bu ilin yanvar ayından iyun ayınadək tanker gəmiləri ilə 2,2 milyon ton yük daşınıb. 2024-cü ilin ilk yarısında bu rəqəm 2 milyon ton olub. Bu da 10%-ə yaxın artım deməkdir.
2025-ci ilin birinci yarısında bərə və Ro-Pax tipli gəmilərlə 19,280 yük avtomobili daşınıb, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə təxminən 3 faiz artım deməkdir. Eyni tip gəmilərlə vaqon daşımalarında 4% azalma qeydə alınıb. Belə ki, 2025-ci ildə 18,227 vaqon daşınıb, ötən il isə bu rəqəm 19,068 olmuşdu.
Ən yüksək artım universal quru yük gəmiləri ilə daşımalar üzrə qeydə alınıb. 2025-ci ilin ilk 6 ayı ərzində 666 min ton quru yük daşınıb ki, bu da ötən ilin eyni dövründəki (363,818 ton) göstəricidən təxminən 83 faiz çoxdur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.