AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri açıqlanıb

  • + A
  • - A
  • Bu gün, 10:13

    TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri açıqlanıb

    Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) Yunanıstanın Kipoi çıxış nöqtəsindən oktyabrın 6-da 379 milyon 981 min 291 kVt/saat həcmində sifariş alınıb.

    Bu barədə TAP-ın elektron platformasında məlumat yerləşdirilib

    Bu, ötən həftənin bazar ertəsinin sifariş göstəriciləri ilə müqayisədə 0,002 % azdır.

    Kipoi çıxış nöqtəsindən oktyabrın 7-dən 13-dək 331 milyon 019 min 866 kVt/saat həcmində sifariş alınıb.

    Bu, sentyabrın 30-nə olan sifariş göstəriciləri ilə müqayisədə 12,89 % azdır. Oktyabrın 1-nə olan sifariş göstəriciləri ilə müqayisədə 12,88 % azdır. Oktyabrın 2-dən 6-dək olan sifariş göstəriciləri ilə müqayisədə 12,88 % isə azdır.

    Yunanıstanın Komotini çıxış nöqtəsindən oktyabrın 6-da 13-dək hər gün üçün gündəlik sifarişlər ötən həftənin göstəricisi kimi 28 milyon 674 min 418 kVt/saat həcmində qeydə alınıb.

    Yunanıstanın Nea Mesimvria çıxış nöqtəsindən oktyabrın 6-da 13-dək 30 milyon 346 min 301 kVt/saat həcmində sifariş alınıb. Bu, daha əvvəlki həftənin sifariş həcmi ilə müqayisədə eynidir.

    İtaliyanın Melenduqno çıxış nöqtəsindən qazın tədarükü üçün oktyabrın 6-da 316 milyon 964 min 315 kVt/saat həcmində sifarişlər qəbul edilib. Bu, sentyabrın 29-na olan sifariş göstəriciləri ilə müqayisədə 0,63 % çoxdur.

    Bu çıxış nöqtəsindən qazın tədarükü üçün oktyabrın 7-dən 13-dək 271 milyon 999 min 147 kVt/saat həcmində sifarişlər qəbul edilib. Bu, sentyabrın 30-na olan sifariş göstəriciləri ilə müqayisədə təxminən 14,05 % azdır. Oktyabrın 1-dən 6-dək olan sifariş göstəriciləri ilə müqayisədə 14,19 % azdır.

    Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR