Sentyabr ayında Türkiyədə son 52 ildə rekord dərəcədə aşağı yağıntı qeydə alınıb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bu ilin sentyabrında Türkiyə Respublikasına kritik dərəcədə az yağıntı düşüb - bu, sonuncu dəfə yalnız 1973-cü ildə qeydə alınan rekord quraqlıqdır.
Dəqiqləşdirilir ki, ötən ay ölkədə ötən ilin bu vaxtı ilə müqayisədə 37 faiz az yağıntı qeydə alınıb.
Türkiyə mətbuatının meteorologiya xidmətinə istinadən verdiyi məlumata görə, quraqlıqdan ən çox ölkənin mərkəzi əyalətləri və cənub-şərqi zərər çəkib. Proqnozlar məyusedicidir. Mütəxəssislər mümkün məhsul çatışmazlığından və ölkədə su ehtiyatlarının kritik həddə qədər azalmasından danışırlar.
Qeyd olunur ki, Türkiyədə quraqlığın əsas səbəbi qlobal istiləşmədir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.