AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

OECD ilə əməkdaşlıq perspektivləri müzakirə edilib

  • + A
  • - A
  • Bu gün, 17:32

    OECD ilə əməkdaşlıq perspektivləri müzakirə edilib

    OECD-nin Qlobal Əlaqələr və Əməkdaşlıq Direktorluğunun Avrasiya İdarəsinin rəhbəri ilə görüşdə investisiya, maliyyə, ticarət, sahibkarlıq, nəqliyyat və digər sahələrdə əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.

    İqtisadiyyat naziri Mikayıl Cabbarov İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Qlobal Əlaqələr və Əməkdaşlıq Direktorluğunun Avrasiya İdarəsinin rəhbəri Vilyam Tompsonla görüşüb.
    Görüşdə Azərbaycanın OECD-nin Avrasiya Rəqabətqabiliyyətlilik Proqramının bir hissəsi olan Şərqi Avropa və Cənubi Qafqaz Təşəbbüsü çərçivəsində Təşkilatla fəal əməkdaşlıq etdiyi vurğulanıb. İqtisadi diversifikasiya, rəqabətqabiliyyətinin artırılması, rəqəmsallaşma və investisiya mühitinin təkmilləşdirilməsi, kiçik və orta sahibkarlığın inkişafı kimi istiqamətlərdə səmərəli tərəfdaşlığın həyata keçirildiyi qeyd edilib. Bildirilib ki, Avrasiya ölkələri ilə OECD arasında əlaqələrin gücləndirilməsi regionun iqtisadi və sosial inkişafı baxımından əhəmiyyətlidir.
    Tərəflər investisiya, maliyyə, ticarət, sahibkarlıq, nəqliyyat və digər sahələrdə əməkdaşlıq perspektivlərini nəzərdən keçiriblər. Hərtərəfli əməkdaşlıq üçün potensial imkanlar və 2026-cı ildə keçiriləcək OECD Avrasiya Həftəsi barəsində müzakirələr aparılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR