AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Suraxanı” gəmi-muzeyi “ICOM 2025” Beynəlxalq Konfransında təmsil olunur

  • + A
  • - A
  • Bu gün, 12:58

    “Suraxanı” gəmi-muzeyi “ICOM 2025” Beynəlxalq Konfransında təmsil olunur

    Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində dünyanın aparıcı muzey mütəxəssislərini bir araya gətirən “ICOM 2025” Beynəlxalq Konfransı öz işinə başlayıb. Muzeylər üzrə Beynəlxalq Şura (ICOM) tərəfindən hər üç ildən bir təşkil edilən bu tədbir muzey sektorunda qlobal inkişaf tendensiyalarını, yeni çağırışları və innovativ idarəetmə modellərini müzakirə etmək üçün ən böyük beynəlxalq platformalardan biri hesab olunur.

    Bu il 17 noyabradək davam edəcək konfransın əsas mövzusu “Sürətlə dəyişən icmalarda muzeylərin gələcəyi”dir. Proqram çərçivəsində müxtəlif ölkələrdən gəlmiş tanınmış ekspertlər, muzey rəhbərləri və mədəniyyət sahəsində rəy liderləri panel müzakirələrində, ustad dərslərində və fikir mübadiləsi sessiyalarında iştirak edirlər.

    Konfransda Azərbaycanın müxtəlif muzeylərinin əməkdaşlarından ibarət nümayəndə heyəti də iştirak edir. Həmin heyətin tərkibində “Suraxanı” gəmi-muzeyi də yer alır və muzeyi tədbirdə müəssisənin direktoru Tural İbrahimov təmsil edir.

    Qeyd edək ki, “Suraxanı” gəmi-muzeyinin “Xəzərin irsi” layihəsi ICOM tərəfindən təsis edilən “Muzeylərdə Dayanıqlı İnkişaf Təcrübəsi üzrə ICOM Mükafatı”nın uzun siyahısına daxil edilib. 124 ölkədən təqdim olunan layihələr arasında Azərbaycanı təmsil edən yeganə layihə məhz “Suraxanı” gəmi-muzeyinə məxsusdur.

    Layihə 2023-cü ildə “Heydər Əliyev İli” və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 165 illik yubileyinə həsr olunmuş sərgi kimi təqdim olunub. Daha sonra “Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən “Art Plast” ekoloji təşəbbüsü – “Daha az plastik, daha çox həyat: təmiz dəniz üçün birlikdə!” devizi altında genişləndirilib.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR