Balıqçılıq müəssisələrinin elektron qeydiyyatı nəzərdə tutulur

Azərbaycanda balıqçılıqla məşğul olan müəssisələrin elektron qeydiyyatı nəzərdə tutulur.
Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin bu gün keçirilən birgə iclasında bildirib.
Onun sözlərinə görə, bir neçə həftə əvvəl Ekologiya və Təbii Ehtiyatlar Nazirliyi balıqartırma zavodlarının təhvil-təslim prosesini başa çatdırıb: "Bundan sonra həmin müəssisələrdə təkmilləşdirmə işlərinə nəzər yetirəcəyik. Türkiyədən olan mütəxəssislər artıq bu müəssisələrlə bağlı ilkin qiymətləndirmə veriblər. Yəni bu zavodlarla bağlı artıq ilkin sxemimiz var".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.