Bir necə gün əvvəl Tarif Şurası
"Azərsu" ASC-nın onlara ünvanladığı suyun qiymətinə yenidən baxılması xahişini nəzərə alaraq suyun qiymətini qaldırdı. Təbii ki, bu, əhali arasında birmənalı qarşılanmadı, pandemiya dövrü üçün uyğun addım olmadığı bildirildi.
Suyun qiymətinin qalxması xəbəri ötən həftə baş versə də, hələ də bu mövzu, əhalini maraqlandıran suallar müzakirə mövzusu olaraq qalır.
Azadmedia.az saytına müraciət edən, kanalizasiya sistemi olmayan abonentlərə "Azərsu" ASC-nın ictimaiyyətlə şöbəsinin rəhbəri
Anar Cəbrayıllının açıqlamalarına əsasən bildiririk ki, onlar su pulunu əvvəlki qaydada, yəni kanalizasiya pulu hesablanmadan ödəyəcəklər.
Saytımıza daxil olan ən çox suallardan biri də smart tipli olmayan sayğaclarda pulun hesablanmasıdır.
"Azərsu" rəsmisi bildirib ki, smart tipli olmayan sayğaclarda orta günlük sərfiyyat hesablanacaq.
Tutaq ki, sayğaca sonuncu dəfə yanvarın 10-da baxılıb, fevralın 10-da baxılanda 24 kub suyun işləndiyi məlum olur. Bunun 16 kubu köhnə tariflə 50 qəpikdən, 8 kubu yeni tariflə 1 manatdan hesablanacaq.
Elnurə Abuşova
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.