AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan Sahibkarlar Konfederasiyasının Özbəkistanda nümayəndəsi təyin edildi

  • + A
  • - A
  • 19-02-2021, 10:47


    Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) ölkə iqtisadiyyatının təbliği, xarici investorların cəlbi, Azərbaycan məhsullarının xarici ölkələrdə təşviq olunmasına öz töhfəsini vermək üçün xarici nümayəndələrinin sayını artırır. ASK-nın Özbəkistan Respublikasında nümayəndəsi vəzifəsinə Fərid Aqil oğlu Verdiyev təyin edilib.
    F.Verdiyev 1996-2000-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq, 2000-2004-cü illərdə Bakı Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadiyyat və 2013-cü ildə Moskva Dövlət İqtisadiyyat Universitetinin Dünya İqtisadiyyatı ixtisasları üzrə təhsil alıb.
    F.Verdiyev əmək fəaliyyətinə “Bakı Şərab-1” ASC-də hüquq məsləhətçisi kimi başlamış daha sonra isə Hüqüq və kadrlar şöbəsinin rəisi olmuşdur. O, 2010-2011-ci illərdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-Sınaq Mərkəzinin (Az.TEST) Direktor müavini kimi fəaliyyət göstərib.
    Fərid Verdiyev Özbəkistan Respublikasında fəaliyyət göstərən “A-sera Asia” MMC-nin təsisçisi, eləcə də Türkiyə Respublikasında təsis edilmiş “Six Sigma İthalat İhracat LTD”nin rəhbəridir.
    ASK-nın Özbəkistandakı tərəfdaşları, o cümlədən, Özbəkistan Respublikası Ticarət və Sənaye Palatası ilə məhsuldar əməkdaşlığı barədə nümayəndəyə geniş məlumat verilib və hər iki ölkə arasında iqtisadi əməkdaşlığı yüksəltmək üçün onun qarşısında konkret hədəflər qoyulub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR