AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“AZCOSMETICS GROUP” MMC-yə Yüksək Texnologiyalar Parkının rezidentlik şəhadətnaməsi təqdim olunub

  • + A
  • - A
  • 4-03-2021, 16:48

    “AZCOSMETICS GROUP” MMC-yə Yüksək Texnologiyalar Parkının rezidentlik şəhadətnaməsi təqdim olunub

    AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) bu qurumun baş direktoru, professor Əbülfəz Babayev və Azərbaycan məhsulu olan saç boyalarının istehalını həyata keçirən “AZCOSMETICS GROUP” MMC-nin direktoru Ulduza Xanlarovanın iştirakı ilə görüş keçirilib.

    Görüşdə Ə.Babayev “AZCOSMETICS GROUP” MMC-nin YT Parkın rezidenti kimi qeydiyyata alınmasına dair şəhadətnaməni U.Xanlarovaya təqdim edib.

    Baş direktor AMEA rəhbərliyi tərəfindən bu kimi innovativ layihələrin ölkəmizdə inkişaf etdirilməsinə, cəmiyyətdə iqtisadi əhəmiyyətə malik təşəbbüslərin artırılmasına, eləcə də elmin kommersiyalaşmasını həyata keçirməklə sahibkarlığın formalaşmasına hər zaman dəstək verildiyini vurğulayıb.

    Professor Ə.Babayev “AZCOSMETICS GROUP” MMC ilə yaradılacaq əməkdaşlıq əlaqələrinin səmərəli olacağına, layihə çərçivəsində istehsal prosesində istifadə olunan komponentlərin AMEA alimlərinin tədqiqatları əsasında təbii maddələrdən alınan qatqılarla əvəz olunması baxımından yeni imkanlar açacağına inamını ifadə edib.

    Görüşdə U.Xanlarova bildirib ki, YT Parkda “AZCOSMETICS GROUP” MMC tərəfindən sertifikatlı resept əsasında istehsal ediləcək məhsullar beynəlxalq tələblərə cavab verəcək. O, qeyd edib ki, istehsal zamanı xaricdən alınan xammalın tədricən yerli xammalla əvəzlənməsi ilə yüksək keyfiyyətli Azərbaycan brendinin yaradılması əsas hədəflərdəndir.

    Qeyd edək ki, “AZCOSMETICS GROUP” MMC yüksək keyfiyyətli məhsulların istehsalını qarşısına məqsəd qoyub. Şirkət tərəfindən gələcəkdə şampun, balzam, krem, müxtəlif kosmetik yağlar və digər dəriyə qulluq vasitələrinin istehsalı, eləcə də bu məhsulların ixracı planlaşdırılır. Ölkəmizdə yetişən təbii məhsullardan istifadə etməklə əldə olunan saç boyaları istehsalını hədəfləyən müəssisə Ağ Naftalandan istifadə etməklə kremlərin hazırlanmasını da nəzərdə tutur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR