Martın 23-dən etibarən Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan ərazi və ixtisaslaşdırılmış gömrük idarələri gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Bu barədə Azadmedia.az-a qurumun mətbuat xidmətindən məlumat verilib.
Məlumatda deyilir ki, buna səbəb Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində gömrük sərhədindən keçirilən malların operativ şəkildə gecikmədən rəsmiləşdirilməsi, mal və nəqliyyat vasitələrinin sürətli keçidinin təmin edilməsidir.
Gömrük rəsmiləşdirilməsi zamanı xarici ticarət iştirakçıları hökumət ödəniş portalının xidmətindən istifadə etməklə mal və nəqliyyat vasitələrinə görə gömrük ödənişlərini həyata keçirə bilər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.