17 mart 2021-ci ildə ölkə Prezidenti cənab İlham Əliyevin 20 nəfərin Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsi haqqında imzaladığı sərəncamın icrası olaraq, Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən həmin şəxslərə müvafiq arayışlar təqdim edilib.
Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunanların hər biri rəşadətli Ordumuzun qələbə ilə başa vurduğu 44 günlük Vətən müharibəsinin iştirakçıları, şəhid və qazi ailələrinin üzvləridir. Sənədlər Bakı da daxil olmaqla, Masallı, Cəlilabad, Şəki, Qazax, Ağstafa, Gəncə, Goranboy və Mingəçevirdə yaşayan vətəndaşlara yaşadıqları ünvanlarda verilib.
Əzəli torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin ruhunu ehtiramla anır, qazilərimizə şəfa diləyirik.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.