AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

KOICA Azərbaycan nümayəndəliyinin direktoru “ASAN xidmət” və EHİM-də

  • + A
  • - A
  • 13-04-2021, 17:28


    13 aprel 2021-ci il tarixində KOICA Azərbaycan nümayəndəliyinin ölkə üzrə yeni təyin olunmuş direktoru Moon Jong Hyun “ASAN xidmət” və Elektron Hökumətin İnkişafı Mərkəzində (EHİM) olub.

    Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov qonağa “ASAN xidmət”in yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, səffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət” in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

    Bildirilib ki, bu günədək 43 milyondan çox vətəndaş müraciəti qeydə alınıb. Bundan başqa vurğulanıb ki, Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015), həmçinin 2019-cu ildə Bakıda Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Forumu çərçivəsində BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülüb.

    Qonaqlara Dövlət Agentliyinin elektron hökumət sahəsində həyata keçirdiyi layihələr, eləcə də “ABAD” publik hüquqi şəxs və “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin fəaliyyəti barədə də məlumat verilib.

    Görüş zamanı Dövlət Agentliyi ilə KOICA arasında həyata keçirilmiş layihələr, həmçinin yaxın gələcəkdə nəzərdə tutulan əməkdaşlıq istiqamətləri üzrə müzakirələr aparılıb.

    Yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaq Dövlət Agentliyinə gələcək fəaliyyətində uğurlar arzulayıblar.

    Sonda qonağa “ABAD”çı tərəfindən hazırlanmış xatirə hədiyyəsi təqdim olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR