AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İlk dəfə bir stansiyanın hər iki yolu dəmir-beton bloklardan olacaq

  • + A
  • - A
  • 14-04-2021, 13:41



    Sərnişindaşıma dayansa da, texniki tərəqqi davam edir

    Pandemiya səbəbilə sərnişindaşımada yaranmış fasilə dövründə Bakı metropolitenində daha bir mühüm yenilik həyata keçirilir. Metropoliten tarixində ilk dəfə istismarda olan stansiyanın hər iki yolu yeni tipli infrastruktur üzərində qurulur.
    Birinci dəfə “Nərimanov” elektrik deposunda qatarların sınaq yolunda, “Xətai” və “Cəfər Cabbarlı” stansiyalarının ancaq bir yolunda tətbiq edilmiş dəmir-beton blokların daha geniş miqyasda tətbiqi davam etdirilir. Metropolitenin yeni Bənövşəyi xəttində də bu ənənə geniş tətbiq olunacaq. Hazırda “Memar Əcəmi-8 Noyabr”, “Xocəsən deposu-Avtovağzal” mənzilləri, həmçinin “8 Noyabr” stansiyası və dalan yollarında yeni tipli üstquruluş elementləri tətbiq edilir.
    Sərnişindaşıma fəaliyyətinin dayandırıldığı müddətdə “Elmlər Akademiyası” stansiyasında aparılan təmir-bərpa, yenidənqurma işlərinin tərkib hissəsi kimi həyata keçirilən daha bir layihəyə uyğun olaraq, stansiyanın hər iki yolu üzrə gödək ağac şpalların dəmir-beton bloklarla əvəzlənməsinə başlanılıb.
    Layihənin ən optimal qısa müddətdə həyata keçirilməsi üçün tədbirlər planında iş ardıcıllığı, aidiyyatı sahələrin fəaliyyətinin və maşın-mexanizmlərin cəlb edilməsinin sinxronluğu müəyyən edilib. Tədbirlərin səmərəli və operativ yerinə yetirilməsi məqsədilə ikinövbəli iş rejimi tətbiq edilib.
    Birinci mərhələdə stansiya yollarının təmas xətti sökülüb. Relslərin, yol yatağının sökülməsi ilə bağlı planlı işlərə başlanılıb.
    İkinci mərhələdə yeni yol yatağının konstruksiyası qurulmaqla, betonlama işləri aparılacaq və yeni tipli üstquruluş elementləri texnoloji tələblərə uyğun qurulacaq.
    Ağac şpalların dəmir-beton bloklarla əvəzlənməsi metropoliten üçün ən mühüm yeniliklərdən biridir. İlk növbədə, bu, yalnız ölkə xaricindən gətirilən ağac şpallara sərf olunan maliyyə vəsaitinə qənaət etməyə, onların nəql edilməsinin və gömrük xərclərinin qarşısını almağa kömək edir. İkincisi, dəmir-beton bloklar metropolitenin öz istehsalat sahəsində ən yüksək keyfiyyətlə hazırlanır. Bu məqsədlə Almaniyanın “Vollert” müəssisəsinin texnologiyalarından istifadə olunur. Sırf yeni kadr potensialının, elmi-praktiki bazanın yaradılması ilə yanaşı, bu, həm də sırf Azərbaycan məhsulu olmaqla ölkə xaricindən asılılığı azaldır. Üçüncü vacib üstünlüyü dəmir-beton blokların ağac analoqlarından daha uzunömürlü və keyfiyyətli olmasıdır. Ağac şpalların ömrü ən yaxşı halda, 35-40 il, Bakı metrosunun geoloji şəraitində daha az olduğu halda, dəmir-beton bloklar 50-80 il istismar oluna bilir. Dördüncü mühüm məsələ, yeni tipli yolun üstquruluş elementlərinə qulluğun, texnoloji proseslərin sadə və asan olmasıdır. Bu tipli yollar vibrasiyanı əsaslı şəkildə azaltmaqla, qatarların hərəkət rəvanlığını təmin edir. Bu qism digər texniki üstünlüklər kifayət qədər çox sadalana bilər.
    Hazırda bu texnologiyaların Bakı metropolitenində hərəkətin təşkili müddətində tətbiq edilməsi öyrənilir. Tətbiqi uzun müddət tələb edən texnoloji proses olan bu yeniləşmənin sərnişindaşıma prosesi zamanı qatarların hərəkət təhlükəsizliyinə xələl gətirmədən təşkili ilə bağlı araşdırmalar da davam etdirilir.
    Mərhələli təmir-yenidənqurma işləri çərçivəsində 1985-ci ildə istifadəyə verilmiş stansiyanın üzərində yerləşən inzibati binanın fasad örtüyünün bərpa işləri aparılır. Təmirə cəlb edilən sahələrin yaxınlığı ilə hərəkət edən piyadaların təhlükəsizliyini təmin etmək məqsədilə çəpərləmə işi aparılıb. Hazırda pandemiya dövrünün tələblərinə ciddi əməl olunmaqla təşkil edilmiş bərpa işlərinin böyük hissəsi arxada qalıb.



    [/center]



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR