AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Piyada zolağındakı qüsur aradan qaldırılacaq

  • + A
  • - A
  • 16-04-2021, 15:23


    Ötən gün sosial şəbəkələrdə "Şamaxı yolu" adlanan ərazidə, daha dəqiq 20 Yanvar küçəsi ilə Asif Məhərəmov küçəsinin kəsişməsində yol hərəkətinin təşkilində qüsurun olması ilə bağlı məlumat yayılmışdı. Belə ki, piyada zolağı yolun bir tərəfində dekorativ kollara doğru çəkilib.
    AAYDA-dan Azadmedia.az saytına daxil olan məlumata görə bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin aidiyyəti şöbəsinə məlumat verilərək problem nəzarətə götürüldü.

    Bu gün səhər saatlarında agentliyin Şəhər yollarının istismarı və təmiri şöbəsinin rəisi, həmçinin Bakı Nəqliyyat Agentliyinin məsul şəxsi ərazidə olaraq problemlə yerindəcə tanış olublar və sözügedən qüsurun aradan qaldırılması üçün tapşırıqlar verilib.
    Qeyd edilən ərazidə problemin aradan qaldırılması üçün atılacaq addımlar barədə yaxın günlərdə ictimaiyyətə ətraflı məlumat veriləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR