AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hazırda inşasına başlanılan yol Laçın dəhlizinə alternativ deyil...

  • + A
  • - A
  • 6-08-2021, 20:50


    Bu gün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəis müavini Hidayət Rüstəmov işğaldan azad olunmuş Laçın şəhərinə daxil olmadan uzunluğu 23 km olan yolun tikintisinə başlanıldığını bildirib.

    Rəis müavini deyib ki, Laçına daxil olmadan çəkilən alternativ yeni yol iki hərəkət zolaqlı olacaq: "Biz rahat hərəkətin təmin edilməsi üçün Laçın şəhərinə daxil olmadan 23 km uzunluğunda dairəvi alternativ yolun tikintisinə başlamışıq".

    Bəzi media orqanlarında və sosial şəbəkələrdə bu yolun Laçın dəhlizinə alternativ olaraq çəkilməsi barədə təhriflərə yol verilib.

    Hazırda inşasına başlanılan yol Laçın dəhlizinə alternativ deyil: “Həmin yolun bir hissəsi elə Laçın dəhlizindən keçir. Başqa sözlə, Laçın şəhərinə daxil olmadan rahat hərəkəti təmin etmək məqsədi ilə əlavə 23 kilometrlik yol inşa edilir”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR