AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"AZƏRİQAZ" İB-NİN SAYCA 25-Cİ "AÇIQ MİKROFON" AKSİYASI BAŞ TUTDU

  • + A
  • - A
  • 2-11-2021, 17:22


    Bu gün "Azəriqaz" İstehsalat Birliyinin sayca 25-ci "Açıq mikrofon" aksiyası baş tutub. Xaçmaz rayonunun Maqsudkənd kəndindən daxil olan müraciətlər əsasında "Səyyar qəbul otağ"ı bu kəndin sakinlərinin ixtiyarında olub. 200-dək fərdi yaşayış evi olan kəndin sakinləri "Açıq mikrofon" aksiyasının imkanlarından istifadə edərək təbii qaz olmaması səbəbindən üzləşdikləri çətinliklərdən söz açıblar. Kənd sakinləri mavi yanacaqdan istifadənin hər zaman lazım olduğunu, əsasən qarşıdan gələn qış aylarında isə daha vacib olduğunu bildiriblər. Aksiyanın imkanlarından istifadə etmək üçün vətəndaşlar qonşu Nərəcan kəndindən də bu ünvana üz tutublar. Sözü gedən kəndin qazlaşdırılması tamamlansa da, sonradan salınan yeni yaşayış massivlərində, habelə genişlənən ərazilərdə yaşayan vətəndaşlar mavi yanacaqdan istifadə edə bilmədiklərini, yeni massivlərin təbii qazla təmin olunmasını Birliyin rəhbərliyindən xahiş ediblər. Daxil olan bütün müraciətlər qeydə alınıb.
    Qeyd edək ki, 25 aksiyanın 6-ı tərəvəz istehsalı və quşçuluq təsərrüfatı ilə məşğul olan sahibkarlarla, digər 19-u isə ayrı-ayrı ərazilərdə vətəndaşlarla təşkil olunub. Vətəndaş məmnuniyyəti Birliyin əsas prioritetidir!







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR