AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Azəryolelmitədqiqatlayihə” İnstitutu ixtisasartırma kursları keçirib VİDEO/FOTO

  • + A
  • - A
  • 30-06-2022, 19:32

    “Azəryolelmitədqiqatlayihə” İnstitutu ixtisasartırma kursları keçirib VİDEO/FOTO

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin «Azəryolelmitədqiqatlayihə» İnstitutu orta ixtisaslı mütəxəssislər üçün qırx saatlıq ixtisasartırma kursları keçirib.

    İxtisasartırma kurslarının təşkilində məqsəd avtomobil yollarının tikintisində istifadə edilən materialların yoxlanmasında yeni texnologiyalara əsaslanan testlərin tətbiqi, ağır tonnajlı nəqliyyat vasitələrinin təsirinə məruz qalan yol örtüyünün qorunması və uzunömürlüyünün təmin olunması məqsədilə ixtisaslı mütəxəssislərin yetişdirilməsidir.

    Kurslarda layihəçilər, layihə axtarış və geoloji tədqiqat mütəxəssisləri, laborantlar, operatorlar, mexaniklər, yol ustaları, əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mütəxəssislər hazırlanıb.

    Sözügedən kurslarda orta ixtisaslı mütəxəssislərə «Yol inşaat materiallarının laboratoriya sınaqları», «Avtomobil yollarının tikintisi» (mexanizator, avtoqreyder, vərdənə), «Əməyin mühafizəsi və texniki təhlükəsizlik», «Layihə-axtarış» işləri üzrə mövzular tədris olunub.

    Sonda kursları bitirənlərə müvafiq olaraq sertifikatlar təqdim edilib.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR