AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

BAŞ DİREKTOR ŞİRVAN ŞƏHƏRİNDƏ VƏTƏNDAŞ QƏBULU KEÇİRİB

  • + A
  • - A
  • 13-07-2022, 14:34

    BAŞ DİREKTOR ŞİRVAN ŞƏHƏRİNDƏ VƏTƏNDAŞ QƏBULU KEÇİRİB

    SOCAR “Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bu gün mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin qəbul qrafikinə uyğun olaraq Şirvan şəhər Gənclər Evində Şirvan, Hacıqabul və Salyan rayon sakinləri ilə görüşüb.
    Salyan Regional qaz istismarı İdarəsinin rəhbərliyinin də iştirak etdiyi qəbulda Ruslan Əliyev 16 sakinin müraciətini dinləyib, şikayətinə baxıb. Qəbul zamanı qaz xəttinin yerinin dəyişdirilməsi, qaz sayğacının quraşdırılması, yaşayış məntəqəsinin, eləcə də fərdi mənzillərin qazlaşdırılması və s. bu kimi müraciətlər olunub. Qəbulda qaldırılan məsələlərin çoxunun icra olunmasına elə yerindəcə göstəriş verən baş direktor digər məsələlərin araşdırılması və lazımi köməkliyin göstərilməsi üçün Birlik əməkdaşlarına tapşırıqlarını verib.
    Qeyd edək ki, Birliyin səlahiyyətinə aid olmayan digər məsələlər isə aidiyyatı üzrə orqanlara çatdırılması üçün qeydiyyata alınıb.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR