AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dünya Bankının nümayəndələri Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin fəaliyyətilə tanış olub

  • + A
  • - A
  • 30-01-2023, 12:22

    Dünya Bankının nümayəndələri Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin fəaliyyətilə tanış olub

    İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində Dünya Bankının nümayəndə heyəti ilə “İnfrastruktur İdarəetməsinin Qiymətləndirilməsi Çərçivəsinə (InfraGov) mümkün töhfələr” mövzusunda görüş keçirilib.
    Görüşdə son dövrlərdə həyata keçirilmiş islahatlar, rəqabət və dövlət satınalmaları sahəsində qanunvericiliyə təklif edilmiş dəyişiklik layihələri barədə müzakirələr aparılıb, keyfiyyət infrastrukturunun təkmilləşdirilməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə beynəlxalq standartlara və tələblərə nail olunmasının sahibkarlığın inkişafına verəcəyi töhfələrdən bəhs olunub.
    Qeyd edək ki, Dünya Bankının təşəbbüsü ilə həyata keçirilən “InfraGov” layihəsi keyfiyyət infrastrukturunun yaxşılaşdırılmasına xidmət edən resurs və metodologiyaların tətbiqini ehtiva edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR