AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Açıq mikrofon” aksiyası növbəti dəfə Quba rayonunda keçirildi

  • + A
  • - A
  • 30-01-2023, 16:08

    “Açıq mikrofon” aksiyası növbəti dəfə Quba rayonunda keçirildi

    SOCAR “Azəriqaz” İB-nin bölgələrdə keçirdiyi “Açıq mikrofon” aksiyası Quba rayonunda baş tutub. Nizami Adıgözəlovla Vəlyəddin Məmmədov aksiyaya ayrı-ayrı kəndlərdən qatılsalar da, istəkləri bir olub. Onlar müvafiq olaraq Bad və İdrisiqışlaq kəndlərinin qazlaşdırılmasını xahiş ediblər. Səslənən müraciətlərdən 4-ü debitor borcla bağlı olub ki, həmin abonentlər də buna yenidən baxılmasını istəyiblər. Qalan digər müraciətlər isə fərdi yaşayış evlərinin və yeni yaşayış massivinin qazlaşdırılmasını əhatə edib. Hər bir müraciət Xaçmaz RQİİ-nin rəhbər şəxsləri tərəfindən dinlənildikdən sonra qeydə alınaraq həlli istiqamətində müvafiq tapşırıqlar verilib.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR