AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gəlirləri məcburi dövlət sosial sığorta haqlarından azad olunan vətəndaşların narahatlığına aydınlıq gətirildi - Özəl

  • + A
  • - A
  • 1-02-2023, 22:27

    Gəlirləri məcburi dövlət sosial sığorta haqlarından azad olunan vətəndaşların narahatlığına aydınlıq gətirildi - Özəl

    Xəbər verdiyumiz kimi işğaldan azad edilmiş ərazilərdə çalışan şəxslərin aylıq gəlir və maaşları 10 il müddətində məcburi dövlət sosial sığorta haqlarından azad olunacaq. Sözügedən ərazidə çalışanlar pensiya kapitalının hesablanmasında yaranacaq problemdən narahatdır. Əslində vəziyyət necədir? Doğrudan da narahat olmağa dəyərmi?

    İşçilərdən Sosial Müdafiə Fonduna ödəmələr olmasa, bu onların pensiya kapitalında necə əks olunacaq?

    Azadmedia az mövzu ilə bağlı ƏƏSMN-nin sözçüsü Fazil Talibova müraciət edib. Fazil bəy bildirib ki, narahatçılıq üçün heç bir səbəb yoxdur: "Azərbaycan Respublikası Prezidentinin “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncamının icrası olaraq həmin ərazilərdə iqtisadi canlanmanın sürətləndirilməsi, müasir infrastrukturun yaradılması, sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün əlverişli şərait yaradılması, eyni zamanda, əmək resurslarının səmərəli idarə olunması üçün stimullaşdırıcı mexanizmlərin tətbiqi nəzərdə tutulur.

    Bu istiqamətdə tədbirlərdən biri kimi, həmin ərazilər üzrə məcburi dövlət sosial sığorta haqları üzrə ödəmələrin subsidiyalaşdırılması mexanizminin tətbiqi də nəzərdə tutulub.

    Belə olan halda sığortaolunanların ödəmələri və fərdi hesablarında pensiya kapitalının toplanması prosesi yenə də davam edəcək.

    Ödənilən sosial sığorta haqlarının isə dövlət büdcəsi tərəfindən subsidiyalaşdırılması nəzərdə tutulur".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR