AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yeni Məcəllədə haqsız rəqabət formalarına yenidən baxılıb - Özəl

  • + A
  • - A
  • 2-02-2023, 11:00

    Yeni Məcəllədə haqsız rəqabət formalarına yenidən baxılıb - Özəl

    Bir çox sahibkarkar Rəqabət Məcəlləsinin qəbulunu gözləyir, ümid edirlər ki, Qanun qüvvəyə minərsə onların sahibkarlıq fəaliyyətinə bürokratik əngəllər azalacaq. Rəqabət Məcəlləsinin qəbulundan gözləntilər özünü doğruldacaqmı?
    Rəqabət Məcəlləsinin qəbulu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin fəaliyyətinə necə təsir edəcək, ona hansı səlahiyyətləri verəcək?
    Azadmedia.az bu sualla Təbii inhisarlara dövlət nəzarəti şöbəsinin müdiri Xamis Seyranova müraciət edib. Xamis müəllim sualımıza cavab olaraq bildirib ki, Rəqabət Məcəlləsinin qəbulu rəqabət sahəsində nəzarətin tam və hərtərəfli aparılmasına daha səmərəli imkanları təmin edəcək, eyni zamanda azad və sağlam rəqabətin qorunmasına, istehlakçıların hüquqlarının və qanuni mənafelərinin daha etibarlı təminatına imkan verəcəkdir:
    "Məcəllənin müddəalarına əsasən, dövlət nəzəretinin həyata keçirilməsinə bilavasitə cavabdeh olan qurum İqtisadiyyat Nazirliyi yanında Antiinhisar İstehlak Bazarına Nəzarət Dövlət Xidmətidir. Bu məcəllədə rəqabət qanunvericiliyinə əməl edilməsinə nəzarət iki formada həyata keçiriləcək. Bunlardan biri, rəqabət orqanı tərəfindən aparılan araşdırmalar, digəri isə yoxlamalardır. Nəzarətin təşkil olunması üçün rəqabət orqanı bazarın monitorinqini, habelə statistik materialların, KİV məlumatlarının, bazar subyektlərinin təqdim etdiyi sənədlərin və məlumatların, həmçinin bazarın monitorinqi zamanı əldə edilmiş məlumatların təhlilini həyata keçirəcək.
    İqtisadiyyat Nazirliyi tərəfindən Rəqabət Məcəlləsinin layihəsi hazırlanaraq aidiyyəti üzrə təqdim edilmişdir. Yeni məcəllə sahibkarların sağlam rəqabat şəraitində fəaliyyətinin hüquqi əsaslarını müəyyən edəcəkdir. Məcəllədə təbii inhisar sahələrinə nəzarət alətləri təkmilləşdirilib, onların fəaliyyatində şəffaf və çevik nəzarəti təmin edən müddəalar nəzərdə tutulub. Bununla yanaşı, bazar paylarının müəyyənləşdirilməsinin yeni qaydaları, habelə hökmran mövqenin yeni meyarları hazırlanıb. Layihənin üstün cəhətlarindən biri də odur ki, mövcud qanunvericiliklə müqayisədə yeni Məcəllədə haqsız rəqabət formalarına yenidən baxılıb, rəqibin sahibkarlıq fəaliyyətinin nüfuzdan salınması, istehlakçıların aldadılması hallarına qarşı məqsədyönlü addımlar atılması nəzərdə tutulub. Bütün bunlar azad sahibkarlığın inkişafı üçün çox zəruri məsələlərdir".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR