AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

SXA-dan Xocahəsəndəki sosial evlərin satışı sualına CAVAB

  • + A
  • - A
  • 2-02-2023, 09:45

    SXA-dan Xocahəsəndəki sosial evlərin satışı sualına CAVAB

    Xəbər verdiyimiz kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ms.sosial.gov.az portalı üzərindən onlayn satışı həyata keçirilən mənzilləri ilk bron etmiş şəxslərə sms-bildirişlərin göndərilməsinə başlanıb.

    Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən göndərilən bildirişlərdə həmin şəxslər bron etdikləri mənzillərə baxış keçirmələri üçün (mənzilin yerləşdiyi yaşayış kompleksinin adı, ünvanı, baxış keçirilməsinin günü, saatı qeyd olunmaqla) dəvət olunur.
    Azadmedia.az-a müraciət edən vətəndaşlar geniş həyəti və şəhərə yaxın olduğu üçün Xocahəsəndəki sosial evlərin satış vaxtı və qiyməti ilə maraqlanmağımızı xahiş etdi. Sualla bağlı Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinə müraciət etdik.
    "Xocahəsəndə olan sosial evlər nə vaxt satışa çıxarılacaq?" - sualına SXA İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Murad Həşimov bildirdi ki, sözügedən binada mənzillər satışa çıxarılmayacaq, orda boş mənzil qalmayıb.
    Xatırladaq ki, satışa çıxarılan 1662 mənzil Bakının Ramana, Ümid, Kürdəxanı qəsəbələrində, Abşeron və Samux rayonlarındakı yeni yaşayış binalarında yerləşir və artıq böyük hissəsi bron edilib.

    Hər biri çıxarışlı və tam təmirli olan mənzillər istifadə olunmayıb və onları banklara müraciət etməklə ipoteka krediti ilə də almaq olar.

    Mənzillərin portal üzərindən satışı bu il iyulun 1-dək davam edəcək.
    Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR