AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Göygöldə qazlaşma işləri yerində yoxlanılıb, bir qrup Birlik əməkdaşı təltif olunub - Video

  • + A
  • - A
  • 2-02-2023, 09:30

    Göygöldə qazlaşma işləri yerində yoxlanılıb, bir qrup Birlik əməkdaşı təltif olunub - Video

    Bölgələrdə həyata keçirilən qazlaşdırılma işlərinin yerində yoxlanılması və əməkdaşların iş şəraiti ilə tanışlıq prosesi davam edir. Bu məqsədlə baş direktorun müavini Ceyhun Şıxəliyev ilk olaraq Göygöl rayonunun Quşqara kəndində olub. Qurum rəsmisinə görülən işlərlə bağlı ətraflı məlumat verilib. Daha sonra ərazidə çalışan bir qrup Birlik əməkdaşı Fəxri Fərman və hədiyyə ilə təltif olunub.
    Quşqara kəndindən sonra növbəti səfər rayonun ucqar ərazidə yerləşən Gəncəkənd kəndinə olub. Qazlaşdırılma prosesinin böyük bir qisminin icra olunduğu və qısa müddət ərzində işlərin yekunlaşacağı ilə bağlı məlumat verilib. İşlərlə tanışlıqdan sonra qurum rəsmisi bir qrup əməkdaşı Fəxri Fərman və hədiyyə ilə mükafatlandırıb, bu cür çətin relyef şəraitində çalışan əməkdaşlara təşəkkür edərək onlara işlərində uğurlar arzulayıb.Ətraflı video materialda:


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR