AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“İrAero” aviaşirkəti Saratovdan Bakıya uçuşlara başlayır

  • + A
  • - A
  • 15-06-2023, 11:14

    “İrAero” aviaşirkəti Saratovdan Bakıya uçuşlara başlayır

    2023-cü il iyulun 4-dən “İrAero” aviaşirkəti Bakı-Saratov-Bakı marşrutu üzrə uçuşlara başlayacaq. Bu barədə aviaşirkətin mətbuat xidmətindən məlumat verilib.

    Uçuşlar həftədə bir dəfə, çərşənbə axşamı günləri Superjet-100 təyyarələri ilə həyata keçiriləcək.

    “Biz artıq cümə axşamı və şənbə günləri Saratovdan Türkiyəyə (Antalya) beynəlxalq uçuşlara başlamışıq. İndi Azərbaycanın paytaxtına yeni marşrut əlavə edilib. Qaqarin hava limanı ilə əməkdaşlığı genişləndirməkdən məmnunuq. Uçuşlarımızda Saratov vilayətinin sakinlərini gözləyirik”, - deyə “IrAero” daşımaların təşkili xidmətinin rəhbəri Aleksandr Makin qeyd edib.

    Bakıdan uçuş çərşənbə axşamı yerli vaxtla saat 16:55-də, Saratov şəhərinə eniş 19:05-də. Dönüş reysi saat 20:20, Azərbaycanın paytaxtına eniş 22:55. Bir tərəfli biletin qiyməti 15.000 rubldur.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR