AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xəlfələr kənd sakinlərinin müraciətləri “Açıq mikrofon”da

  • + A
  • - A
  • 24-10-2023, 17:26

    Xəlfələr kənd sakinlərinin müraciətləri “Açıq mikrofon”da

    Bu həftə Azərbaycanın cənub bölgəsində təşkil olunan “Səyyar qəbul otağı” bu gün Masallı rayon sakinlərinin ixtiyarına verilib. Təbii qazla təchiz edilməyən Xəlfələr kəndində baş tutan aksiyada təbii ki, kəndin qazlaşdırılması istəyi bütün müraciətlərin önündə gəlməli idi. Və elə də olub. Mikrofon önünə çıxan 10 sakindən 6-sı Xəlfələr kəndinin qazlaşdırılmasını xahiş edib. Digər 3 müraciətə gəlincə, bunlar rayonun Köhnə Alvadı və Hişkədərə kəndləri ilə yanaşı, Lənkəran rayonundan qatılan abonentlər tərəfindən ünvanlanıb. Cəmaləddin Manafovla Asiman Ağayev qaz xəttinin yerinin dəyişdirilməsini, Əbülfət Cəbrayılov isə fərdi yaşayış evinin qazlaşdırılmasını istəyib. Bütün müraciətlər dinlənilib qeydə alındıqdan sonra Lənkəran RQİİ-nin rəhbər şəxsləri tərəfindən vətəndaşlara səsləndirdikləri müraciətlər barədə ətraflı izahatlar verilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR