SOCAR “Azəriqaz” İB-nin Hacıqabul rayonunda təşkil olunan “Səyyar qəbul otağı”nda ümumilikdə 6 müraciət ünvanlanıb. Aksiya rayonun Atbulaq kəndində baş tutduğundan tədbir iştirakçılarının əksəriyyəti də adıçəkilən kəndin sakinləri olub. Mikrofon önünə çıxan abonentlərdən 3 nəfəri abonent məlumatlarında dəyişikliklərin edilməsini xahiş edib. Digər 3 müraciətə gəlincə, bunlar qaz sayğacının yenisi ilə əvəzlənməsi, debitor borcun araşdırılması və yeni yaşayış massivinin qazlaşdırılması kimi məsələlərlə bağlı olub. Görüşdə ünvanlanan problem və təkliflərin araşdırılması məqsədilə bütün müraciətlər Salyan RQİİ-nin rəhbər şəxsləri tərəfindən qeydiyyata alınıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.