AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkmənistan “Avropa-Qafqaz-Asiya” nəqliyyat dəhlizinə qoşulub.

  • + A
  • - A
  • 17-11-2023, 22:47

    Türkmənistan “Avropa-Qafqaz-Asiya” nəqliyyat dəhlizinə qoşulub.

    Türkmənistan Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişafına dair çoxtərəfli sazişə qoşulub. Azadmedia.az TASS-a istinadla xəbər verir ki, bu barədə cümə günü Türkmənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
    Qeyd olunur ki, sənədin məqsədi Avropa, Qara dəniz, Qafqaz, Xəzər dənizi və Asiya regionlarında iqtisadi əlaqələri, ticarət və nəqliyyat əlaqələrini inkişaf etdirmək, habelə beynəlxalq yük daşımalarını təşviq etmək və asanlaşdırmaqdır. Bura hərəkətin təhlükəsizliyini təmin etmək, nəqliyyat siyasətini uyğunlaşdırmaq və müəyyən nəqliyyat növləri arasında rəqabət üçün bərabər şərait yaratmaq daxildir.

    “Avropa-Qafqaz-Asiya” beynəlxalq nəqliyyat dəhlizində 13 ölkə iştirak edir. Onların arasında Azərbaycan, Ermənistan, Bolqarıstan, Gürcüstan, İran, Qazaxıstan, Qırğızıstan, Moldova, Rumıniya, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistan var.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR