AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ötən il Türkiyənin turizmdən əldə etdiyi gəlir məbləği rekord həddə çatıb

  • + A
  • - A
  • 1-02-2024, 19:05

    Ötən il Türkiyənin turizmdən əldə etdiyi gəlir məbləği rekord həddə çatıb

    Türkiyə ötən il ərzində turizmdən 54.3 milyard dollar gəlir əldə edib. Müqayisə üçün qeyd edək ki, Azərbaycanın 2023-cü ildə neft və qaz ixracı birlikdə 30.5 milyard dollar gəlir əldə etmişdi.

    Gəlirin artması ilə yanaşı, ölkəyə gələn turistlərin sayında da rekord qeydə alınıb. Bir ildə Türkiyəyə 56.7 milyon turist səfər edib.

    Ən çox turist Rusiyadan (6,3 milyon), Almaniyadan (6,2 milyon) və İngiltərədən (3,8 milyon) gəlib. Türkiyəyə səfər edən turistlər orta hesabla adambaşına 952 dollar xərcləyiblər. Ötən il Türkiyəyə giriş edən Azərbaycan vətəndaşlarının sayı 855 min olub.
    Məlumat Çəpəki teleqram kanalından götürülüb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR