AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan yumurta ixracını artıracaq

  • + A
  • - A
  • 9-02-2024, 10:21

    Azərbaycan yumurta ixracını artıracaq


    Azərbaycan 100 milyon ədəddən çox yumurta ixrac edəcək. Ötən il bu rəqəm 60 milyon ədəd olub. Qəbul edən ölkələrin siyahısına Rusiya və BƏƏ də daxildir.

    Azərbaycan fermerləri bu il 100 milyona yaxın süfrə yumurtası ixrac etməyi planlaşdırır.Bunu Quş Əti və Yumurtası İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli bildirib.

    Onun sözlərinə görə, ötən il Azərbaycandan 60 milyon ədəd yumurta ixrac edilib.

    “Ölkədə gündə 4-4,5 milyon, ümumilikdə ildə 2 milyarda yaxın yumurta istehsal olunur. Bu məhsulun bir hissəsi ixrac olunur. İndi Azərbaycan Rusiya və Birləşmiş Ərəb Əmirliklərinə yumurta tədarük edir, Avropa ölkələrinə tədarüklə bağlı razılaşmalar var” – deyən Mürvət Həsənli daha sonra qeyd edib ki, hazırda ölkədə quşçuluq müəssisələrində 40 minə yaxın insan çalışır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR