Azərbaycan bu il 48 milyard kubmetr təbii qaz hasil etməyi planlaşdırır ki, bunun da yarısı ixrac olunacaq. Bunu energetika naziri Pərviz Şahbazov Bakıda Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurası çərçivəsində 10-cu və Yaşıl Enerji üzrə Məşvərət Şurası çərçivəsində 2-ci iclasın yekunlarına dair mətbuat konfransında deyib.
"Türkiyə, Gürcüstan və Avropa əsas ixrac istiqamətləri olaraq qalacaq. Eyni zamanda, biz qaz ixracının həcmini bir qədər də artıracağıq", - nazir bildirib.
Qeyd edək ki, ötən il Azərbaycan Avropaya 11,9 milyard kubmetr, Türkiyəyə 9,5 milyard kubmetr, Gürcüstana isə 2,5 milyard kubmetr qaz ixrac edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.