“Azərbaycan Hava Yolları” QSC yenidən Bakı və Təl-Əviv arasında uçuşlara başlayacaq. Uçuşların tezliyi də məlumdur.
Aviaşirkətin mətbuat xidmətindən bildirilib ki, tezliklə AZAL reysləri ilə Bakıdan Təl-Əvivə və geriyə uçuşlar həyata keçiriləcək.
Birbaşa uçuşlar martın 19-da başlayacaq.
İlkin olaraq təyyarələr üç dəfə tezlikdə uçacaq. Uçuşlar çərşənbə axşamı və cümə axşamı günləri, həmçinin bir istirahət günü - bazar günü həyata keçiriləcək.
Gələn aydan etibarən uçuşlar daha da artacaq. Hər həftə doqquz uçuş olacaq.
Xatırladaq ki, AZAL oktyabrın 7-də Təl-Əvivə uçuşları dayandırmışdı. Qərar Həmas silahlılarının İsrailə hücumundan sonra qəbul edilib. Daha sonra daşıyıcının mətbuat xidməti şirkətin prioritetinin uçuşların və sərnişinlərin təhlükəsizliyi olduğunu bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.