AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Polşalı fermerlər sərnişin avtobuslarının Ukrayna ilə sərhəddən keçməsinə icazə vermədilər

  • + A
  • - A
  • 11-03-2024, 14:03

    Polşalı fermerlər sərnişin avtobuslarının Ukrayna ilə sərhəddən keçməsinə icazə vermədilər

    Polşada Aİ-nin Ukrayna ilə azad ticarətinə etiraz edən fermerlər sərnişin avtobuslarının Ukrayna sərhədindən keçməsinə mane olublar. Bu barədə “Strana.ua” nəşri məlumat yayıb.

    Ukraynalı sürücülərin jurnalistlərə verdiyi məlumata görə, etirazçılar hazırda Ukraynadan Polşaya və əks istiqamətdə avtobusların Yaqodin-Doroqusk keçid məntəqəsinə buraxılmır.

    2023-cü ilin payızından polşalı fermerlər etiraz aksiyaları keçirir və Ukrayna ilə sərhəddə keçid məntəqələrini bağlayırlar. 2024-cü ilin fevralında məlum oldu ki, Polşa Ukrayna ilə sərhədlərinin tamamilə müvəqqəti bağlanması ilə bağlı danışıqlar aparır.

    Mart ayında Varşavada etirazçılar Seym binasına soxularaq Avropa İttifaqının bayrağını yandırıblar.

    Martın 10-da fermerlər Ukrayna ilə sərhəddə Krakovets keçid məntəqəsinin blokunu açsalar da, üç gün ərzində blokadanı bərpa edəcəklərini vəd ediblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR