AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

43 il istismarda olan qaz xətləri yenilənir

  • + A
  • - A
  • 27-03-2024, 17:58

    43 il istismarda olan qaz xətləri yenilənir

    SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən uzun illər istifadədə olan istismar müddətini başa vurmuş qaz xətlərinin yenilənməsi işləri sürətlə davam etdirilir. Şamaxı rayonunun Qaravəlli kəndində 43 il öncə polad boru ilə çəkilən və korroziyaya uğramış qaz xətləri yeni müxtəlif diametrli polad borularla əvəzlənir. Sakinlərin sözlərinə görə 1981-ci ildə çəkilən xətlər 70 fərdi yaşayış evi üçün nəzərdə tutulmuşdursa, indi kənddə evlərin sayı 250-ə çatıb. Layihəyə əsasən 9000 metr uzunluğunda küçə qaz xətti çəkiləcək ki, bununla da abonentlərin əsasən payız-qış mövsümündə mavi yanacaqla bağlı üzləşdikləri bir sıra çətinliklər də həllini tapacaq. Qeyd edək ki, görülən işlər SOCAR-ın “Azəriqaz” İB-nin Təmir-Tikinti İdarəsi tərəfindən həyata keçirilir.

    Ətraflı video materialda: https://youtu.be/lYtEx0oSOVI?si=irBvULNFW2nA1FbX


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR