AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İsrail Türkiyəyə ixracı məhdudlaşdırmaqla cavab verəcək

  • + A
  • - A
  • 9-04-2024, 14:31

    İsrail Türkiyəyə ixracı məhdudlaşdırmaqla cavab verəcək


    İsrail Xarici İşlər Nazirliyi türk mallarının idxalına qadağa qoymağı planlaşdırdığını bildirib. Bu bəyanat Türkiyənin İsrailə müəyyən kateqoriyalı malların tədarükünə məhdudiyyətlər tətbiq etməsindən sonra verilib.
    İsrail Türkiyənin elan etdiyi ixrac məhdudiyyətlərinə cavab tədbirləri tətbiq edəcək.

    İsrailin xarici işlər naziri İsrael Katz hesab edir ki, Ankara Qəzzadakı münaqişə səbəbindən ixracı məhdudlaşdırmaqla ölkənin iqtisadi maraqlarını qurban verir. Bundan əvvəl məlum olub ki, aprelin 9-dan Türkiyə İsrailə 54 adda malın tədarükünü məhdudlaşdırır; ölkənin Ticarət Nazirliyi bu, Qəzza zolağında hərbi əməliyyatlar bitənə qədər tətbiq edilən məhdudiyyətlərin ilk mərhələsi olduğunu qeyd edib.

    Nazir qeyd edib ki, Türkiyə İsraillə ticarət müqavilələrini “birtərəfli” pozub, buna cavab olaraq İsrail tərəfi öz məhdudiyyətlərini tətbiq edəcək və qadağan olunacaq türk mallarının geniş siyahısı hazırlanır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR