AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

AQEM-in Baş katibi ilə görüş keçirilib

  • + A
  • - A
  • 18-04-2024, 18:30

    AQEM-in Baş katibi ilə görüş keçirilib

    İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbayla görüşüb.
    Görüşdə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə sədrliyin Azərbaycana keçməsindən məmnunluq ifadə olunub.

    Tərəflər COP29 çərçivəsində tərəfdaşlıq imkanları, Azərbaycanın AQEM-də, o cümlədən AQEM-in İşgüzar Şurasında sədrliyinin prioritetləri, 2024-cü ilin 4-cü rübündə Bişkekdə keçirilməsi planlaşdırılan İşgüzar Şuranın yeddinci plenar sessiyasına və doqquzuncu Biznes Forumuna hazırlıq, bununla yanaşı regional iqtisadi əməkdaşlıq məsələləri ilə bağlı müzakirələr aparıblar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR