AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dövlət büdcəsinin qeyri neft-qaz sektoru üzrə daxilolmaları

  • + A
  • - A
  • 23-04-2024, 15:33

    Dövlət büdcəsinin qeyri neft-qaz sektoru üzrə daxilolmaları

    Dövlət büdcəsinin qeyri neft-qaz sektoru üzrə daxilolmaları 2024-cü ilin yanvar-mart ayları üzrə dövlət büdcəsinin daxilolmalarının 50,6 faizini təşkil etməklə 4671,7 milyon manat olmuşdur ki, bu da proqnozla müqayisədə 472,8 milyon manat və ya 11,3 faiz, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə isə 241,7 milyon manat və ya 5,5 faiz çoxdur.

    2024-cü ilin yanvar-mart aylarında dövlət büdcəsinin gəlirlərində qeyri neft-qaz sektoru üzrə daxilolmaların 62,4 faizini və ya 2914,4 milyon manatını vergi orqanlarının xətti ilə daxilolmalar, 31,5 faizini və ya 1469,9 milyon manatını gömrük orqanlarının xətti ilə daxilolmalar, 2,5 faizini və ya 118,8 milyon manatını dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, 3,4 faizini və ya 159,4 milyon manatını sair daxilolmalar, 0,2 faizini və ya 9,2 milyon manatını dövlət əmlakının icarəyə verilməsindən daxilolmaları təşkil edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR