AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dövlət büdcəsinin xərcləri açıqlandı

  • + A
  • - A
  • 23-04-2024, 15:38

    Dövlət büdcəsinin xərcləri açıqlandı

    Cari ilin yanvar-mart aylarında dövlət büdcəsinin vəsaiti hesabına əsas dövlət vəzifələrinin yerinə yetirilməsi üçün maliyyələşmələr, o cümlədən əməkhaqları, müavinətlər, pensiyalar, dövlət borcu üzrə öhdəliklərin və digər zəruri xərclərin maliyyələşdirilməsi büdcə və büdcədən maliyyə yardımı və ya digər qaydada vəsait alan təşkilatların dövlət xəzinədarlıq orqanlarına təqdim etdikləri xərc sifarişləri əsasında tam və vaxtında təmin edilmişdir.

    2024-cü ilin yanvar-mart aylarında dövlət büdcəsinin xərcləri 8412,6 milyon manat və ya təsdiq olunmuş rüblük proqnoza qarşı 2124,9 milyon manat (33,8 faiz) çox icra edilmişdir. Hesabat dövründə icrası təmin edilmiş xərclər 2024-cü ilin dövlət büdcəsi xərclərinin 22,9 faizini təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz bəndi çoxdur.

    2024-cü ilin yanvar-mart aylarında dövlət büdcəsi xərclərinin 4967,1 milyon manatı və ya 59,0 faizi cari xərclərə (2023-cü ilin eyni dövrü ilə müqayisədə 217,5 milyon manat və ya 4,6 faiz çox), 2357,5 milyon manatı və ya 28,0 faizi əsaslı xərclərə (2023-cü ilin eyni dövrü ilə müqayisədə 738,2 milyon manat və ya 45,6 faiz çox), 1088,0 milyon manatı və ya 13,0 faizi dövlət borcuna xidmətlə bağlı xərclərə (2023-cü ilin eyni dövrü ilə müqayisədə 890,0 milyon manat və ya 5,5 dəfə çox) yönəldilmişdir.

    2024-cü ilin yanvar-mart aylarında dövlət büdcəsinin funksional təsnifatına görə səhiyyə xərcləri 158,6 faiz icra edilməklə 507,8 milyon manat, sosial müdafiə və sosial təminat xərcləri 139,6 faiz icra edilməklə 1084,7 milyon manat, müdafiə və milli təhlükəsizlik xərcləri 124,2 faiz icra edilməklə 1364,5 milyon manat, təhsil xərcləri 121,4 faiz icra edilməklə 944,8 milyon manat, kənd təsərrüfatı xərcləri 181,3 faiz icra edilməklə 342,0 milyon manat, iqtisadi fəaliyyət xərcləri 122,0 faiz icra edilməklə 1625,4 milyon manat, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq bölməsi üzrə xərcləri 107,7 faiz icra edilməklə 544,9 milyon manat, ümumi dövlət xidmətləri xərcləri 190,7 faiz icra edilməklə 1572,9 milyon manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri 100,4 faiz icra edilməklə 98,7 milyon manat, əsas bölmələrə aid edilməyən xidmətlər bölməsi üzrə xərcləri 96,4 faiz icra edilməklə 228,2 milyon manat, ətraf mühitin mühafizəsi xərcləri 78,3 faiz icra edilməklə 50,5 milyon manat, mənzil və kommunal təsərrüfatı xərcləri 76,8 faiz icra edilməklə 48,2 milyon manat təşkil etmişdir

    2024-cü ilin yanvar-mart aylarında sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə təqdim edilmiş sifariş sənədləri əsasında dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulan 2482,9 milyon manat vəsaitin 22,2 faizi və ya 551,0 milyon manatı ayrılmışdır ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 238,8 milyon manat və ya 1,8 dəfə çoxdur.

    2024-cü ilin dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə nəzərdə tutulmuş 3825,0 milyon manat vəsaitin hesabat dövrü ərzində sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə təqdim edilmiş sifariş sənədləri əsasında 31,9 faizi və ya 1220,7 milyon manatı ayrılmışdır ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 58,6 milyon manat və ya 5,0 faiz çoxdur.

    İstifadə edilmiş vəsaitin 1138,5 milyon manatı infrastruktur təyinatlı layihələrinin tikintisi, yenidən qurulması (avtomobil və dəmir yolları infrastrukturunun layihələndirilməsi, tikintisi, yenidən qurulması üçün 885,3 milyon manat, yeni yaşayış komplekslərinin layihələndirilməsi və tikintisi işlərinin aparılması üçün 212,3 milyon manat, meliorasiya işlərinin aparılması üçün 34,1 milyon manat, bərk məişət tullantıları infrastrukturunun yaradılması üçün 0,8 milyon manat, kadastr xidmətlərinin həyata keçirilməsi üçün 0,4 milyon manat və digər infrastruktur layihələrinin icrası üçün 5,6 milyon manat), 23,6 milyon manatı sosial təyinatlı layihələrin tikintisi, yenidən qurulması (təhsil və səhiyyə tədbirlərinə), 20,1 milyon manatı Zəngilan şəhərində Konqres Mərkəzinin və aidiyyəti dövlət orqanlarının (qurumlarının) ümumi istifadəsi üçün vahid inzibati binanın layihələndirilməsi və tikintisi, 15,0 milyon manatı ərazilərin minalardan təmizlənməsi, 23,5 milyon manatı isə digər tədbirlər üzrə xərclərə yönəldilmişdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR