AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Zərifə Əliyeva” gəmi-bərəsi ilə indiyədək 332 səfər həyata keçirilib - VİDEO

  • + A
  • - A
  • 27-04-2024, 14:32

    “Zərifə Əliyeva” gəmi-bərəsi ilə indiyədək 332 səfər həyata keçirilib - VİDEO


    “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) RoPax tipli “Zərifə Əliyeva” gəmi-bərəsi istismarda olduğu iki il ərzində 332 səfər həyata keçirib.

    Bu səfərlər çərçivəsində gəmi-bərə ilə 305 vaqon, 11780 ədəd yük maşını, 1742 ədəd minik maşını, 11350 nəfər sərnişin daşınıb.

    Qeyd edək ki, ASCO-nun sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda inşa olunan gəmi-bərə 28 aprel 2022-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə istismara verilib.

    Layihəsi RoPax tipli “Azərbaycan” gəmi-bərəsi ilə oxşar olan unikal üzən vasitə ilə eyni vaxtda 100 sərnişin, sistern tipli 56 vaqon və ya 50 yük avtomobili/TIR daşımaq mümkündür.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR