AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Çiyələyin bahalaşacağı gözlənilir

  • + A
  • - A
  • 19-05-2024, 17:51

    Çiyələyin bahalaşacağı gözlənilir

    Ölkə ərazisində hökm sürən qeyri-sabit hava şəraiti Cəlilabad rayonunda açıq sahələrdə yetişən çiyələyə mənfi təsir edib.

    Cəlilabadlı fermerlər Reporta deyib ki, yağış yetişmiş məhsulu zədələdiyi üçün çürümə başlayıb. Nəticədə məhsuldarlıq 20 faizə yaxın aşağı düşüb.

    Həmçinin onlar qeyd edib ki, hava şəraiti belə davam edərsə, məhsul tamamilə məhv olacaq.
    Məhsuldarlığın aşağı düşməsi artıq qiymətdə də özünü göstərir. Belə ki, 20 gün əvvəl 1 manat 50 qəpiyə qədər ucuzlaşan çiyələk artıq 2 manata qədər bahalaşıb.

    Bu il Cəlilabadda 560 hektar sahədə çiyələk əkini aparılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR