AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan Mərkəzi Bankında yeni departament direktorları təyin edilib

  • + A
  • - A
  • 29-05-2024, 12:46

    Azərbaycan Mərkəzi Bankında yeni departament direktorları təyin edilib


    Azərbaycan Mərkəzi Bankında yeni departament direktorları təyin edilib
    Azərbaycan Mərkəzi Bankında (AMB) yeni yaradılmış 3 departamentə direktorlar təyin edilib.

    Pənah Bənnayev Sığorta fəaliyyətinin tənzimlənməsi departamentinin, Müşfiq Əmirov Kapital bazarı fəaliyyətinə nəzarət departamentinin, Kəmalə Qurbanova isə Ödəniş xidmətləri və ödəniş sistemləri üzrə fəaliyyətə nəzarət və siyasət departamentinin rəhbərliyinə gətirilib. Sonuncu indiyə qədər Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru olub.

    Bundan başqa, Anar Muxtarov AMB-nin Rezolyusiya departamentinə, Samir Rzayev isə Maliyyə monitorinqi departamentinə direktor təyin edilib. Sonuncu bu vəzifədə Z.Hacılını əvəz edib. Ona isə Maliyyə monitorinqi üzrə siyasət və tənzimlənmə departamentinə direktorluq həvalə olunub.

    AMB-nin İstehlakçılarla iş departamentinə isə Murad Məmmədov təyin edilib. O bu vəzifədə Xəyal Babayevi əvəzləyib.

    Həmçinin, qurumun Nağd pul departamentinin direktoru Adışirin Qasımov, eləcə də Maliyyə sabitliyi departamentinin direktoru Rüstəm Tahirov, İnformasiya və kibertəhlükəsizlik departamentinin direktoru Elvin Şahverdiyev vəzifələrindən azad edilib. Onların yerinə hələ ki, təyinat olmayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR